Yenokyandan xəbərdarlıq: "Paşinyanı vuracaqlar"

   Yenokyandan xəbərdarlıq:   "Paşinyanı vuracaqlar"
  06 Dekabr 2021    Oxunub:871
Tanınmış erməni politoloq Aqasi Yenokyan ölkə rəhbəri ilə bağlı şok proqnoz verib. AzVision.az xəbər verir ki, son bir ildə baş verən ictimai-siyasi prosesləri şərh edən siyasi analitik baş nazir Nikol Paşinyanın vurulacağını bəyan edib.
- Nikola zərbə endirəcəklər. Paşinyan artıq sahiblərinə itaətsizlik etməyə və onlara təpik atmağa başlayıb. Bu səbəbdən də ona etibar etmirlər, Nikola artıq ehtiyac qalmayıb. Baş nazir anlayır ki, qarşıdakı mühüm sənədə (Azərbaycanla imzalanacaq sənəd-red.) imza atdıqdan sonra onu "vuracaqlar". Hətta imzalamasa belə, bu jesti onu xilas etməyəcək.

Erməni diasporu Paşinyanın qızını təhqir etdi- VİDEO
Bundan əlavə, Nikol bir çox sirləri bilir və bu sirlərin bəziləri ona aid deyil. O isə ağzı yırtıq qorxaqdır. Əgər onu döyməsələr belə, həbs olunarsa, heç kimə lazım olmayan bu sirləri şantaj üçün açmağa başlayacaq. Ona görə də ona ağzını açmağa icazə verilməyəcək.
Nikolu sıradan çıxarmaq hökuməti dəyişməyin ən asan yoludur. Paşinyandan sonra bütün "Arpiklər", "Ovikqazaryanlar" dərhal müxalifət blokuna qoşulacaqlar.

Baş nazirin cangüdəni onu ancaq daxili mafiyadan və müxalifətdən qoruya bilir. Onlar xarici xüsusi xidmət orqanlarına qarşı acizdirlər. Belə olan halda Nikol üçün çıxış yolu nədir? O 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir. Qoy köhnə əlaqələrini bərpa edib qaçsın.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  



Xəbər lenti