"Taliban"ın vədlərini yerinə yetirəcəyini gözləyirik - Ərdoğan

   "Taliban"ın vədlərini yerinə yetirəcəyini gözləyirik -    Ərdoğan
  06 Dekabr 2021    Oxunub:647
"Əfqanıstanda hakimiyyətdə olan “Taliban”ın yüksək səviyyəli nümayəndə heyəti Türkiyədə səfərdə oldu. Onların, xüsusilə qadınların sosial həyatdakı yeri, uşaqların təhsili ilə bağlı verdikləri bəzi vədlər var. Ümid edirik ki, həmin vədlər yerinə yetiriləcək”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfərə yola düşməzdən əvvəl jurnalistlərə deyib.

O bildirib ki, Əfqanıstanın dünya ilə bütünləşməsi istiqamətində “Taliban”ın addımlar atacağını gözləyirik.

"Hazırda Qətərlə həmrəyliyimiz çərçivəsində "Taliban" Əfqanıstandakı hava limanının Türkiyə və Qətərin birgə əməkdaşlığı ilə idarə olunmasını təklif edir. Bu, bizim gündəmimizdədir və məsələ ilə bağlı Qətərlə də müzakirələr aparırıq", - Ərdoğan deyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Türkiyə   Əfqanıstan  



Xəbər lenti