Birinci Nügədi kənd orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb. Dövlət başçısı, birinci xanım və qızları yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəziblər.
Qeyd edək ki, müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.
AzVision.az