ABŞ amerikalıların Ukraynadan təxliyəsi planını hazırlayıb

ABŞ amerikalıların Ukraynadan təxliyəsi planını hazırlayıb
  07 Dekabr 2021    Oxunub:583
ABŞ hakimiyyəti son zamanlar Rusiyanın Ukraynaya ehtimal edilən hücumu ilə bağlı yayılan xəbərlər fonunda bu ölkədən öz vətəndaşlarının təxliyəsi imkanları və üsullarını araşdırır.
AzVision.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.

- Bayden administrasiyası Rusiyanın ölkəyə müdaxilə edəcəyi və təhlükəsizliklə bağlı ağır vəziyyət yaradacağı təqdirdə, Amerika vətəndaşlarının Ukraynadan potensial təxliyə imkanlarını öyrənir, - telekanal bildirib.

CNN-in məlumatına görə, Pentaqon “kiçik dövlət qulluqçularının” təxliyyəsindən tutmuş, Amerika vətəndaşlarının daha genişmiqyaslı təxliyəsinə qədər müxtəlif variantları nəzərdən keçirir. Yekun qərarı Dövlət Departamenti verəcək.

Mənbələrin fikrincə, belə planlaşdırma ABŞ-ın Əfqanıstandan təxliyyəsinin zəif aparılması ilə bağlı ola bilər.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynanı işğala hazırlamasına dair söz-söhbətləri həyəcanlı bəyanatlar adlandırıb. Rusiya liderinin sözlərinə görə, Moskva heç vaxt Ukraynadakı münaqişədə tərəf olması ilə razılaşmayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Təxliyə   Ukrayna  





Xəbər lenti