İsveç yenidən koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirir

İsveç yenidən koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirir
  07 Dekabr 2021    Oxunub:916
İsveçdə əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar olaraq yenidən məhdudiyyətlər sərtləşdirilib.
AzVision.az xəbər verir ki, səhiyyə naziri Lena Hallenqren bu barədə keçirdiyi mətbuat konfransında məlumat verib.

Qeyd edilir ki, dekabrın 8-dən ölkədə yeni məhdudiyyətlərin tətbiqinə başlanılacaq. Qoruyucu tibbi maskaların məcburi taxılması və restoranlarda iş saatlarının azaldılması yeni qaydalara daxildir. -İsveçdə səhiyyə sisteminin yükü bir qədər də artıb. Buna görə də məhdudiyyətlərin birinci mərhələsi sabah, dekabrın 8-də tətbiq olunacaq, - Hallenqren bildirib.

İsveç İctimai Səhiyyə Agentliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 7 412 nəfər virusa yoluxub. Maraqlıdır ki, bu ölkədə əhalinin təxminən 80%-inin tam peyvənd olunduğu aşıqlanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Koronavirus   İsveç  



Xəbər lenti