İtaliyada 32 mafiya üzvü saxlanılıb

İtaliyada 32 mafiya üzvü saxlanılıb
  07 Dekabr 2021    Oxunub:1155
İtaliya polisi Foccia şəhərində keçirdiyi əməliyyat zamanı 32 təhlükəli mafiya üzvünü saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
Saxlanılan şəxslərə mafioz birləşmələrdə iştirak, silah və narkotik alveri, adam öldürməyə cəhd, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, hədə-qorxu ilə tələb etmə, saxta əmlakın qeydiyyatı, dələduzluq və ağır oğurluq ittihamları irəli sürülüb.

AzVision.az



Teqlər: Mafiya   İtaliya  



Xəbər lenti