Ağ Ev Bayden-Putin görüşü ilə bağlı bəyanat yaydı

   Ağ Ev    Bayden-Putin    görüşü ilə bağlı bəyanat yaydı
  07 Dekabr 2021    Oxunub:785
ABŞ və Rusiya prezidentləri öz komandalarına əlaqələri davam etdirməyi tapşırıblar. AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti Vladimir Putinlə Co Baydenin danışıqlarının yekununa dair yaydığı məlumatda bildirib.
- Prezidentlər öz komandalarına danışıqları davam etdirməyi tapşırıblar və Birləşmiş Ştatlar bunu müttəfiqləri, tərəfdaşları ilə sıx koordinasiyada həyata keçirəcək, - bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, Putin və Bayden strateji sabitlik, kibercinayətlər, o cümlədən İran da daxil olmaqla regional məsələlər üzrə birgə işi müzakirə ediblər.
Xatırladaq ki, bir müddət öncə bitən Putin-Bayden görüşü video formatda keçirilib və iki saat davam edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bayden   Putin  



Xəbər lenti