Almaniyanın yeni kansleri seçilib

Almaniyanın yeni kansleri seçilib
  08 Dekabr 2021    Oxunub:860
Almaniya bundestaqında keçirilmiş səsvermə nəticəsində Sosial-demokrat partiyasının sədri Olaf Şolts ölkənin yeni kansleri seçilib.
AzVision.az Almaniya KİV-lərinə istinadən xəbər verir ki, onun lehinə 395, əleyhinə 303 deputat səs verib.

Gün ərzində O.Şolts Almaniya prezidenti ilə görüşdükdən sonra and içəcək və vəzifələrinin icrasına başlayacaq.

Sosial Demokrat Partiyasının namizədi olan Şolts bu vəzifədə Angela Merkeli əvəz edəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Almaniya   kansler  



Xəbər lenti