"Parlamentdəkilər deputatdırlar, ya mafioz?"- Erməni mediası

"Parlamentdəkilər deputatdırlar, ya mafioz?"-   Erməni mediası
  08 Dekabr 2021    Oxunub:2084
Dünən Ermənistan parlamentində növbəti dəfə insident yaşanıb.
AzVision.az xəbər verir ki, iclasdan əvvəl vitse-spiker Ruben Rubinyanın otağında kütləvi dava düşüb. Təxminən üç iqtidaryönlü deputat və onların köməkçiləri müxalif “Hayastan” blokundan olan deputatların köməkçilərini döyüblər. İdida olunur ki, dava Hraç Akopyan və Sisak Qabrielyanın salamına cavab verməmək üstündə baş verib.
Bu gün isə yerli media artıq parlamentin mafiyoz qaydalarla idarə edilməsindən gileylənib. Saytlar yazırlar ki, deputatların küçə davranışları xalqı da bezdirib.

- Deputat köməkçilərinin deputatların salmlarına cavab verməyərək üzünü yana çevirmələri barədə məlumatı dəqiqləşdirməyə çalışdıq. Köməkçilər dedilər ki, "onlara elə gəlib ki, biz salam verməmişik". Lakin bu izahat inandırıcı görünmədi. Nədir, siz deputatsınız. yoxsa küçə mafiyası?-,məqalədə yazılıb.



Qeyd edək ki, bu ilk hal deyil ki, erməni deputatlar arasında dava düşür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Parlament   İnsident  



Xəbər lenti