Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər saxlanıldı

   Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər saxlanıldı
  09 Dekabr 2021    Oxunub:2948
Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb.
AzVision.az xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

“Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib. Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.


AzVision.az


Teqlər: Azərbaycan   Hərbçi  



Xəbər lenti