Türkiyədə virusdan daha 195 nəfər vəfat edib

Türkiyədə virusdan daha 195 nəfər vəfat edib
  09 Dekabr 2021    Oxunub:647
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 195 nəfər vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 350 522 nəfər test edilib, 19 696 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 27 263 nəfər sağalıb.

AzVision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti