Yaponiyada onlarla avtomobil toqquşub

Yaponiyada onlarla avtomobil toqquşub
  10 Dekabr 2021    Oxunub:685
Yaponiyanın mərkəzi hissəsində yerləşən Aiçi prefekturasında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 24 nəfər xəsarət alıb, bir nəfərin isə vəziyyəti ağırdır.
AzVision.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Komaki şəhərindəki avtomagistralda baş verən qəza zamanı təqribən 20 avtomobil toqquşub. Onların arasında ağır yük maşını da var.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, xəsarət alanlardan 10-u artıq xəstəxanaya yerləşdirilib. 54 yaşlı bir kişinin vəziyyətinin daha ağır olduğu qeyd edilir.
Hazırda yerli polis hadisənin baş verməsinin səbəblərini araşdırır.

AzVision.az


Teqlər: Yaponiya  



Xəbər lenti