Assanc ABŞ-a təhvil veriləcək

  Assanc ABŞ-a təhvil veriləcək
  10 Dekabr 2021    Oxunub:1604
London Ali Məhkəməsi ABŞ-ın qalmaqallı "WikiLeaks" saytının yaradıcısı Culian Assancın ekstradisiyası ilə bağlı müraciətini təmin edib.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, məhkəmə şikayətə oktyabrın 27 və 28-də baxsa da, qərar yalnız bu gün elan edilib.

Bununla da iş Vestminster rayon məhkəməsinə qaytarılıb, Assanc isə həbsdə saxlanılaraq ABŞ-a ekstradisiya ediləcək.

Assancın nişanlısı Stella Morris London məhkəməsinin məlum qərarını "ədalət məhkəməsinin böyük səhvi" kimi qiymətləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Məhkəmə   Ekstradisiya  



Xəbər lenti