Beynəlxalq Jurnalistlər Federasiyası Assancla bağlı qərarı pisləyib

   Beynəlxalq Jurnalistlər Federasiyası Assancla bağlı qərarı pisləyib
  10 Dekabr 2021    Oxunub:1820
"WikiLeaks"in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası media azadlığı prinsiplərini təhdid edəcək". AzVision.az xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) nümayəndəsi bildirib.
Federasiya rəsmisi həmçinin xatırladıb ki, Assanc kimi araşdırmaçı jurnalistlərə cinayət işi açılaraq təqib olunması demokratik cəmiyyətdə baş verməməlidir.

Assanc ABŞ-a təhvil veriləcək
- Assancın ABŞ-a ekstradisiyası təkcə onun həyatını deyil, həm də mətbuat azadlığının fundamental prinsiplərini təhlükə altına atacaq. İFJ Assancın hüquqşünaslar qrupunun bu məhkəmə qərarına etiraz üçün istənilən səylərini dəstəkləyəcək, - agentlik nümayəndəsi bildirib.
Xatırladaq ki, bu gün London məhkəməsi ABŞ-ın apellyasiya şikayətini təmin edib və işin Vestminster Məhkəməsinə göndərilməsi barədə qərar verib. Eyni zamanda Assancın həbsdə qalacağı da təsdiqlənib. Onu ABŞ-da 175 ilə qədər həbs gözləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Məhkəmə  



Xəbər lenti