ABŞ kiber-texnologiyaların ixracı qaydalarını sərtləşdirəcək
Ağ ev administrasiyasının yüksək vəzifəli təmsilçisi bildirib ki, ixrac nəzarəti və insan haqları üzrə təşəbbüs “NSO Group” və digər fərdi şirkətlərin “son istifadəçilərinin” bu cür texnologiyaları insan haqlarının pozulmasına yönəltdiyi qarşılığında onlara tətbiq edilən sanksiyaların nəticəsidir.
NSO-nun casus PO-su (istifadəçinin razılığı alınmadan məlumatı toplayan və kənara ötürən zərərli proqram) xarici hökumətlər və ayrı-ayrı insanlar tərəfindən bəzən xarici ölkələrdə yaşayan hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların təqib olunması üçün istifadə edilib. Bu məqam ABŞ-ın Ticarət nazirliyi tərəfindən “tarnsmilli repressiyalar” kimi qiymətləndirilib.
Elan olunan təşəbbüsün bu cür ikili təyinatlı texnologiyaların ixracatına nəzarət standartlarını “mütləq olmayan davranış” kodeksi – hökumətin belə ixrac lisenziyalarını işləyib-hazırlamasına aid olan idarəetmə sistemi – formasında həyata keçirəcəyini nəzərdə tutur.
NSO ilə bağlı mövqe ixtilafından sonra, İsrail hələ bu həftənin ilk günü kiber-ixracata məhdudiyyətləri sərtləşdirəcəyini bəyan edib.
- Əsas diqqət daha effektli monitorinqə və zərurət yaranarsa belə texnologiyaların yayılmasının məhdudlaşdırılmasına yönəldiləcək. Zaman keçdikcə, ABŞ administrasiyası bu texnologiyaların ziyan üçün yox, rifah üçün istifadəsinə əmin olmaq naminə normativ aktların və qanunların işlənib-hazırlanmasına maraq göstərən hökumətlərin dairəsini genişləndirməyə ümid edir, - amerikalı məmur vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ kibertexnologiya







Vaxtında, Aydın, Lazımlı!


