Rusiyalı rejissor Putini özündən çıxardı: "Danışmazdan əvvəl düşünmək lazımdır" - VİDEO
Rusiya lideri isə rejissorun çıxışını qorxulu manifest adlandırıb.
“Bizimlə kimin yaşamaq istədiyini, kimin istəmədiyini haradan bilirsiniz? Yuqoslaviyanın bizim ərazimizdə təkrarlanmasını istəyirsiniz?", -deyə Putin bildirib. O, həmsöhbətinə böyük hörmətlə yanaşdığını bildirib, lakin ifadələrdə səslənən məlumatları yoxlamağı xahiş edib.
Rusiya lideri onu da xatırladıb ki, 90-cı illərin qanlı dövrü bunun nə ilə sonlanacağını göstərib.
“Sizi inandırıram, bunlar təhlükəli oyuncaqlardır. Bu təhlükəli xəttdən uzaqlaşmaq üçün çox iş görmüşük. Bizi geri itələməyin. Məgər Rusiya xalqı Rusiya Federasiyasının parçalanmasında maraqlıdır?".
Cavabında Sokurov bildirib ki, o, yalnız qeyd olunan problemlər üzərində düşünməyi təklif edir.
Putin heç kimin bunun əleyhinə olmadığını, lakin bütün bunları söyləməzdən əvvəl yaxşı düşünmək lazım olduğunu vurğulayıb. “Yanıma gəlin, çoxdandır görüşmürük. Qəzəblənməyin, amma bunlar ciddi şeylərdir. Kimisə incidə bilərsiniz”, - deyə prezident yekunlaşdırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


