Xorvatiya 2 ilə avroya keçir

Xorvatiya 2 ilə avroya keçir
  11 Dekabr 2021    Oxunub:665
Xorvatiya 2023-cü il yanvarın 1-dən ölkənin əsas valyutası kimi avrodan istifadəyə keçəcək
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazirin müavini, maliyyə naziri Zdravko Mariç Rovinjdə deyib. Onun sözlərinə görə, qiymətlərin milli valyuta olan kuna və avro ilə göstərilməsi azı bir il davam edəcək.

Xorvatiyanın Avrozonaya qoşulması ilə bağlı rəsmi açıqlama 2022-ci ilin ortalarında gözlənilir. Ölkənin avrodan istifadəyə keçidini təmin etmək üçün hökumət, nazirliklər və digər aidiyyəti qurumlar 40-a yaxın qanunu və 70 müxtəlif müvafiq aktları uyğunlaşdırmalıdır.

AzVision.az


Teqlər: Avro  



Xəbər lenti