AzVision.az xəbər verir ki, adı açıqlanmayan rəsmi mənbələr istinad edən "Bloomberg" yazır ki, Türkiyə bölgədə Rusiya və Ukraynanın iştirakı ilə yeni hərbi əməliyyatların başlanması ssenarisində Kiyevin tərəfində olmayacaq. Çünki Ankara indiki halda Moskva ilə münaqişəyə girməkdə maraqlı deyil.
- Hətta nəzərə alsaq ki, Türkiyə NATO-nun üzvüdür və Ukrayna tərəfi ilə aktiv şəkildə "Bayraktar TB2" pilotsuz uçuş aparatları satır- hərbi əməkdaşlığı gücləndirir, yenə də Ankaranın gözlənilən müharibə şəraitində Kiyevin yanında dayanması halı baş verməyəcək. Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir, ancaq öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir, - etibarlı mənbə fikirlərini belə izah edib.
Agentliyin həmsöhbəti onu vurğulayıb ki, Türkiyənin Rusiya ilə hərbi qarşıdurma qurmaq istəməməsi prezident Rəcəb Tayyib Ərdoğanın “manevr”lə səciyyələnən xarici siyasətini əks etdirir.
Qeyd edək ki, Rusiya son günlər dəfələrlə Qərbin və Ukraynanın aqressiv davranışlarla bağlı ittihamlarını rədd edərək, heç kimə hücum etmək fikrində olmadığını bəyan edib. Moskva hesab edir ki, Kreml aqressiyası ilə bağlı bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikası yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.
Tural Tağıyev
AzVision.az