"Həqiqətin üstünün yalanlarla örtülməsinə imkan verməyəcəyik" - Ərdoğan
Ərdoğan bildirib ki, texnoloji inkişafın sürətləndiyi və rəqəmsallaşmanın sosial və bəşəri həyatımıza dərindən təsir etdiyi bir dövrdən keçirik: "Bu prosesdə strateji kommunikasiya fəaliyyətlərinin əhəmiyyəti günü-gündən artır. Sosial media kanallarının yayılması ilə yalanların, dezinformasiyaların da sürətlə yayıldığını görürük. Effektiv nəzarət mexanizminin olmadığı bu kanallardan yayılan belə xəbərlər milyonlarla insanın həyatını qaraldır. İlk yarandığı vaxtlarda azadlığın simvolu kimi qələmə verilən sosial media bugünkü demokratiya üçün əsas təhlükə mənbələrindən birinə çevrilib".
Türkiyə lideri bildirib ki, vətəndaşlarımızın düzgün və qərəzsiz xəbər almaq hüququna xələl gətirmədən cəmiyyətimizin həssas təbəqələrini yalanlardan qorumağa çalışırıq: “Biz qanuni əsaslarla lazımi hüquqi və inzibati tənzimləmələri həyata keçiririk. Həqiqətin üzərinin yalanlarla örtülməsinə imkan verməyəcəyik. Hələ hazırlanmaqda olan strateji kommunikasiya siyasəti sənədi ilə səylərimizi növbəti mərhələyə aparacağıq".
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Rəcəb-Tayyib-Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


