"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyirik"- Blinken
Amerika diplomatiyasının rəhbəri yazıb: “Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi elçilərin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq və qətiyyətlə dəstəkləyirik”.
Xatırladaq ki, xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin ölkələr arasında çarter reysləri də açılacaq.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


