Paşinyan FHN rəhbərini baş qərargah rəisi gətirir

Paşinyan FHN rəhbərini baş qərargah rəisi gətirir
  15 Dekabr 2021    Oxunub:1521
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra yaranmış ordu böhranı hələ də aradan qalxmayıb. Ölkə rəhbərliyi müdafiə nazirini bir neçə dəfə dəyişib, qalmaqallı baş qərargah rəisi vəzifəsi isə İrəvanın baş ağrısına çevrilib.
AzVision.az xəbər verir ki, “Joğovurd” qəzeti qısa vaxtda baş qərargah rəisinin yenidən dəyişdiriləcəyini iddia edib.

Nəşr Ermənistan fövqəladə hallar naziri Andranik Piloyanın Silahlı Qüvvələrin baş qərargahına rəhbərlik edə biləcəyini yazıb. Qeyd olunur ki, hazırda hakim dairələr Artak Davtyanın yerinə namizədlər axtarırlar.

Xatırladaq ki, "Sputnik Ermənistan" hələ noyabr ayında yazmışdı ki, hakimiyyət qoşunların fəaliyyətindən o qədər də məmnun qalmadığı üçün baş qərargahın hazırkı rəhbərini vəzifədən uzaqlaşdırmaq qərarına gəlib. Sayt mənbələrinə istinad edərək qeyd edib ki, Davtyanın yerinə onun müavini Kamo Koçuntsun namizədliyi nəzərdən keçirilir.
İndi isə ölkənin tanınmış qəzeti Davtyanın mümkün varislərinin arasında Piloyanın namizədliyinin müzakirə olunduğunu yazır.

Qeyd edək ki, Piloyan həm də peşəkar hərbçidir. O, nazir təyin olunmazdan əvvəl ordu korpuslarından birinə komandanlıq edib. Piloyan hətta 44 günlük müharibədə də iştirak edib. 2020-ci ilin oktyabr ayının sonunda isə ona prezidentin sərəncamı ilə "milli qəhrəman" adı verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti