Almaniya iki rus diplomatını "arzuolunmaz şəxs" elan etdi

   Almaniya iki rus diplomatını "arzuolunmaz şəxs" elan etdi
  15 Dekabr 2021    Oxunub:830
Berlin Gürcüstan vətəndaşı Zəlimxan Xanqoşvilinin qətli ilə bağlı Rusiya səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib. AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
"Dövlət sifarişi ilə törədilən bu qətl Almaniya qanunlarının və onun suverenliyinin kobud şəkildə pozulmasıdır. Ona görə də biz Rusiya səfirini söhbətə çağırdıq", - o, jurnalistlərə deyib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılması üçün cavab tədbirləri elan edib. Yaxın vaxtlarda nazirlik bu məsələ ilə bağlı açıqlama verəcək.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Almaniya  



Xəbər lenti