"İstanbul-İrəvan-İstanbul reyslərinin açılması nəzərdən keçirilir" - Çavuşoğlu
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Prinsipcə, Türkiyə tərəfinin bu məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə hansı şirkətlərin sözügedən marşrut üzrə uça biləcəyi müəyyən ediləcək”.
Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsləri ilə bağlı da açıqlama verib. Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycanın davamlı olaraq müsbət mesajlar verdiyini deyən XİN rəhbəri “Azərbaycanın Ermənistanla hərtərəfli sülh müqaviləsi imzalamaq təklifi son dərəcə mənalıdır. Bu, həm də bizim Azərbaycanla niyyətimizi və baxışımızı göstərir”, deyə qeyd edib.
Çavuşoğlu qeyni zamanda Ermənistanın bölgənin sülh və əmin-amanlığı istiqamətində müsbət addımlar atacağına ümid etdiyini bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


