İrəvan hərbi sənayenin inkişafı üçün 620 milyon pul ayırdı

İrəvan hərbi sənayenin inkişafı üçün    620 milyon    pul ayırdı
  16 Dekabr 2021    Oxunub:1390
Ermənistan hökuməti hərbi sənayenin ehtiyacları üçün 620 milyon dram (1,26 milyon dollar-red) ayrılması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə hökumətin cümə axşamı keçirilən növbəti iclasında qərar verilib. Sənəd məruzəsiz və müzakirəsiz qəbul edilib.

- Nazirlər Kabinetinin saytında dərc olunan sənədin bir çox bəndləri “tam məxfi” kimi təsnif edilir. Sənədin açıq hissəsindən aydın olur ki, bu məbləğ strateji əhəmiyyət kəsb edən hərbi məhsulların istehsalının inkişafı üçün yönəlib. Bildirilir ki, bu, müdafiə sahəsində bir sıra prioritet vəzifələrin həllini təmin edəcək. Söhbət müəyyən növ silah və hərbi texnikanın istehsalından gedir,- yerli media yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti