Liviyada seçkiyə 8 gün qalmış silahlılar hökumət binalarını zəbt edib

Liviyada seçkiyə 8 gün qalmış silahlılar hökumət binalarını zəbt edib
  16 Dekabr 2021    Oxunub:697
Liviyada vəziyyət yenidən gərginləşib. AzVision.az ​xəbər verir ki, bu barədə “Əl-Cəmahiriyyə” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, silahlı şəxslər Tripolidə Milli Birlik Hökumətinin qərargahına və Müdafiə Nazirliyinin binasına soxulublar.
Maraqlıdır ki, hökumət binalarının ələ keçirilməsi Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkilərinə cəmi 8 gün qalmış baş verib.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı.

Xatırladaq ki, 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin devrilərək öldürülməsindən sonra ölkə vahid dövlət kimi fəaliyyət göstərmir. Son bir neçə ildə Liviyanın qərbində qüvvələrlə şərqdəki qüvvələr arasında qarşıdurmalar yaşanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti