Rusiyada "Omikron"a yoluxanların sayı 25-ə çatdı

Rusiyada "Omikron"a yoluxanların sayı 25-ə çatdı
  16 Dekabr 2021    Oxunub:1036
Rusiyada koronavirusun yeni ştammı olan "Omikron"a yoluxanların sayı artmaqdadır.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, baş nazirin müavini, İnfeksiyanın Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahın sədri Tatyana Qolikova ölkədə "Omikron" ştammı ilə rəsmi qeydə alınan yoluxma hallarının sayı 16-dan 25-ə çatıb.

- Moskvada, Moskva vilayətində, Sankt-Peterburq və Rostov-Don şəhərlərində 25 nəfərdə "omikron" aşkarlanıb, - Qolivkova Dövlət Dumasında çıxış edərkən deyib.

O, əlavə edib ki, yeni peyvəndin yaradılmasına ehtiyac yaranarsa, dərman fövqəladə vəziyyətlə əlaqədar sürətləndirilmiş prosedur əsasında qeydiyyata alınacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti