Qırğızıstan-Tacikistan sərhədində atəş açılıb

 Qırğızıstan-Tacikistan sərhədində atəş açılıb
  16 Dekabr 2021    Oxunub:658
Qırğızıstan-Tacikistan sərhədində silahlı insident baş verib. AzVision.az RİA Novostiyə istinadən xəbər verir ki, hadisə Batken vilayətində baş verib.
Məlumata görə, Qırğızıstan vətəndaşları Koço-Boyu ərazisində tikinti işləri aparıblar. Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra şifahi toqquşma baş verib və bu, davaya çevrilib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya 4 dəfə atəş açıb.

Dərhal Qırğızıstanın Batken istiqamətindəki sərhəd nümayəndəsinin Tacikistanın İsfara istiqamətindəki sərhəd nümayəndəsi ilə görüşü baş tutub.Tacikistan tərəfi silahdan istifadənin qanunsuzluğunu tanıyıb, çünki Qırğızıstan vətəndaşları sərhəd xəttinə yaxın deyil, Koço-Boyu kəndi daxilində tikinti işləri aparıblar.

Tacikistan nümayəndəsi münaqişə vəziyyətinə yol verən hərbçilərə qarşı tədbir görüləcəyinə söz verib.Tərəflər birtərəfli araşdırmalar aparmaq və nəticələri ümumiləşdirmək üçün görüşmək barədə razılığa gəliblər.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:



Xəbər lenti