Yaponiyada yanğında ölənlərin sayı 19 nəfərə çatıb - YENİLƏNİB

Yaponiyada yanğında ölənlərin sayı 19 nəfərə çatıb -  YENİLƏNİB
  17 Dekabr 2021    Oxunub:1188
Yaponiyanın Osaka şəhərindəki binada baş verən yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
AzVision.azxəbər verir ki, bu barədə "Kiodo" nəşri məlumat yayıb.

Daha əvvəl yanğın nəticəsində 28 nəfərin xəsarət aldığı, onlardan 27-nin vəziyyətinin ağır olduğu bildirilib.

Bu gün səhər saatlarında Osaka şəhərinin mərkəzindəki ticarət məhəlləsində 8 mərtəbəli binanın 4-cü mərtəbəsi yanıb. Həmim mərtəbədə terapevtik və psixoloji yardım üçün klinika yerləşir. Yanğını söndürülüb.

***
09:20

Yaponiyanın Osaka şəhərində (Yaponiya) binada baş verən yanğın zamanı 3 nəfər həlak olub.

AzVision.az xəbər verir ki, bu barədə yapon mətbuatı məlumat yayıb.

Hadisə Osaka şəhərinin mərkəzindəki ticarət məhəlləsində, terapiya klinikasının yerləşdiyi səkkiz mərtəbəli binanın dördüncü mərtəbəsində baş verib.

Məıumata görə, güclü yanğın nəticəsində 28 nəfər xəsarət alıb, onlardan 27-nin vəziyyəti ağır hesab olunur.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Yaponiya   Yanğln  



Xəbər lenti