"Nüvə sazişi üzrə danışıqlar bərpa olunub" - İran XİN

"Nüvə sazişi üzrə danışıqlar bərpa olunub" -    İran XİN
  17 Dekabr 2021    Oxunub:1154
"İranın nüvə sazişi üzrə danışıqlar bərpa olunub. Bu gün Avstriyanın paytaxtı Vyanada Birgə Komissiyanın iclası keçiriləcək".
AzVision.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Əli Baqiri deyib.

"Dünən digər nümayəndə heyətləri ilə apardığımız məsləhətləşmələrdən sonra mən Aİ nümayəndəsi Enrike Mora ilə görüşüb mövcud vəziyyəti dəyərləndirdim və növbəti addımları müzakirə etdim. Bu həftə biz əhəmiyyətli irəliləyiş əldə etdik. Bu gün Birgə Komissiyanın iclası olacaq və danışıqları davam etdirəcəyik”, - xarici işlər nazirinin müavini “Twitter”də yazıb.

Siyasi direktorlar səviyyəsində Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə komissiyanın əvvəlki iclası dekabrın 9-da Vyanada keçirilib. Bu, danışıqların yeddinci raundu çərçivəsində komissiyanın ikinci rəsmi iclası olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran  



Xəbər lenti