Polşalı hərbi qulluqçu Belarusdan sığınacaq istəyib

Polşalı hərbi qulluqçu Belarusdan sığınacaq istəyib
  17 Dekabr 2021    Oxunub:1079
Polşalı hərbi qulluqçu Belarusdan siyasi sığınacaq istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “BelTA” agentliyi Belarus Dövlət Sərhəd Komitəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 16-da saat 17:50-də Qrodno sərhəd qrupunun “Tuşemlya” sərhəd zastavasında Belarus sərhədçiləri Polşa Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Çeçko Emil adlı şəxsi saxlayıblar.Hərbçi miqrasiya böhranı ilə bağlı və qaçqınlara qarşı qeyri-insani rəftara görə Polşanın yürütdüyü siyasətlə razılaşmadığını bildirərək, Belarusdan siyasi sığınacaq istəyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Polşa   Belarus  



Xəbər lenti