İstanbulda 22 nəfər saxta spirtli içkidən ölüb

İstanbulda 22 nəfər saxta spirtli içkidən ölüb
  17 Dekabr 2021    Oxunub:802
Türkiyənin İstanbul şəhərində saxta alkoqol içkidən ölənlərin sayı 22 nəfərə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki,zəhərlənənlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Dördü əcnəbi olmaqla 16 nəfərin müalicəsi davam edir. Onların bəzilərinin həyatları üçün təhlükə qalmaqdadır.

Son bir ayda şəhərdə saxta spirtli içki ilə bağlı keçirilən əməliyyatlarda saxlanılan 78 şübhəlidən 17-si həbs edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə  



Xəbər lenti