Gələn il neftin qiyməti 60-80 dollar/barel olacaq

Gələn il neftin qiyməti 60-80 dollar/barel olacaq
  17 Dekabr 2021    Oxunub:870
"Gələn il neftin qiyməti təxminən 60-80 dollar/barelə bərabər olacaq".
AzVision.az xəbər verir ki, bu barədə "Lukoil"un vitse-prezidenti Leonid Fedun deyib.

O, qısamüddətli qiymət artımının mümkünlüyünü istisna etməyib, lakin gələn ildə bu göstəricilərin sabit olacağına əminliyini ifadə edib.

"Neft bazarı gələn il OPEC+ ölkələrinin istehsalı birgə tənzimləyən razılaşmaları sayəsində yüksək volatillikdən qorunacaq", - Fedun söyləyib.

Onun sözlərinə görə, "Lukoil bu gün dünya karbohidrogenlərinin təxminən 2%-ni istehsal edir: "Biz bu mövqeləri qoruyub saxlamaq niyyətindəyik. Strategiyamızda növbəti 10 il ərzində ildə təxminən 1,4-1,5% artım nəzərdə tuturuq”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Neft  



Xəbər lenti