"Aİ “Şimal axını -2”nin köməyi ilə Rusiyaya təzyiq göstərməlidir"

"Aİ “Şimal axını -2”nin köməyi ilə Rusiyaya təzyiq göstərməlidir"
  18 Dekabr 2021    Oxunub:683
“Rusiya ilə Ukrayna arasında münasibətlərdə böhran artarkən Avropa kənarda qala bilməz, “Şimal axını - 2” qaz kəmərinin köməyi ilə Moskvaya təzyiq göstərmək lazımdır”.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşrində dərc edilən məqalədə deyilir.

Müəlliflər xatırladırlar ki, ötən il Azərbaycan və Ermənistan arasındakı hərbi qarşıdurma zamanı Avropa İttifaqı tərəf seçmədi, bununla da Rusiyaya atəşkəs danışıqlarında fəal iştirak etməyə, sonra isə onun icrasına nəzarət etməyə imkan verdi. “Politico” vurğulayır ki, Ukrayna ilə bağlı vəziyyətdə, xüsusən də onun Avropa ölkələri ilə həmsərhəd olduğunu nəzərə alsaq, kənarda dayanmaq olmaz. Bundan əlavə, Brüssel və Kiyev perspektivli Assosiasiya sazişi bağlayıblar.

Nəşr qeyd edir ki, Avropa İttifaqı Ukraynaya hərbi müdaxilənin Rusiyaya nəyə başa gələcəyini aydınlaşdırmalıdır. Aqressiya olacağı təqdirdə Rusiya Federasiyasına təzyiq göstərmək, yeni sanksiyalar elan etmək, Almaniyanın “Şimal axını -2” qaz kəmərini bağlaması təklif olunur. Eyni zamanda, müəlliflər hesab edirlər ki, Almaniyanın yeni kansleri Olaf Şolz indi Moskvaya təsir göstərməyə cəhd edə bilər.

"Almaniya enerji çatışmazlığı ilə üzləşə bilərdi, lakin layihənin gələcəyinin ipdən asılı olduğuna dair aydın siqnal Putini çox düşünməyə vadar edərdi", - məqalədə deyilir. Həmçinin qeyd edilir ki, Avropa da Ukraynanın şərqindəki böhranın həlli üçün Minsk razılaşmalarının icrasına məcbur edə bilər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:



Xəbər lenti