ABŞ-ın hipersəs raket sınağı uğursuzluqla nəticələnib

ABŞ-ın hipersəs raket sınağı uğursuzluqla nəticələnib
  18 Dekabr 2021    Oxunub:550
“ARRW” (Air-Launched Rapid Response Weapon) proqramı çərçivəsində Amerikanın “AGM-183A” hipersəs raketinin yeni sınağı uğursuzluqla başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “The War Zone” portalı ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, raket gücləndiricisinin sınaqları cümə axşamı həyata keçirilib. Sınaq raketinin “B-52” strateji bombardmançısından buraxılması nəzərdə tutulurdu.

“Naməlum problemə görə raketin buraxılış əməliyyatının ardıcıllığı pozulub”, - ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, raket istehsalçıya qaytarılacaq, telemetriya və bort məlumatlarının təhlili dərhal başlayacaq. ABŞ ordusu uçuş sınaqlarını mümkün qədər tez bərpa etməyi gözləyir.

Qeyd olunub ki, bu, raketin üçüncü uğursuz sınağıdır. Mütəxəssislər hələlik hadisənin səbəblərini aydınlaşdıra bilməyiblər.

Pentaqon rəsmiləri dəfələrlə etiraf ediblər ki, ABŞ hipersəs silahlarının istehsalında Rusiya və Çindən geri qalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Raket  



Xəbər lenti