Rusiyanın döyüş təyyarələri Belarusda patrul uçuşu həyata keçirib

Rusiyanın döyüş təyyarələri Belarusda patrul uçuşu həyata keçirib
  18 Dekabr 2021    Oxunub:1469
Rusiyanın strateji bombardmançıları Belarus qırıcılarının müşayiəti ilə müttəfiq dövlətin hava sərhədlərində birgə patrul həyata keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müttəfiq dövlətin hava sərhədlərinin birgə patrul xidməti həyata keçirilib. Patrul Rusiya Aerokosmik Qüvvələrinin "Tu-22M3" strateji bombardmançılarının tərkibində Belarus və Rusiyanın "Su-30SM" çoxfunksiyalı döyüş təyyarələrinin qarışıq taktiki qrupunun müşayiəti ilə həyata keçirilir”, - məlumatda bildirilib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko ilin sonuna qədər görüşmək barədə razılığa gəliblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Belarus  



Xəbər lenti