Türkiyədə avtobus aşıb, 6 sərnişin ölüb

Türkiyədə avtobus aşıb, 6 sərnişin ölüb
  18 Dekabr 2021    Oxunub:1366
Türkiyədə sərnişin avtobusu aşıb.
AzVision.azxəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Qarsın Sarıqamış rayonunda baş verən qəzada azı 6 nəfər ölüb, daha 10 insan yaralanıb.

İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusunun aşmasına səbəb qar və dumanlı hava şəraiti olub.

Hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, polis, təhlükəsizlik və səhiyyə xidmətləri cəlb olunub.

AzVision.az



Teqlər: Türkiyə   Yol-Qəzası  



Xəbər lenti