Gürcüstanın keçmiş Baş Qərargah rəisi saxlanıldı

Gürcüstanın keçmiş Baş Qərargah rəisi saxlanıldı
  19 Dekabr 2021    Oxunub:883
Gürcüstan Baş Qərargahının keçmiş rəhbəri Georgi Kalandadze Berlində saxlanılıb. Bu barədə Gürcüstanın “Mtavari Arxi” teleşirkəti məlumat yayıb.
"Baş Qərargahın keçmiş rəisi Kalandadze Almaniyada saxlanılıb. O, Gürcüstan hakimiyyətinin tələbi ilə Berlində saxlanılıb", - teleşirkət məlumat yayıb.

Saxlanmanın səbəbi hələlik məlum deyil, lakin Kalandadzeyə qarşı 2012-ci ildə vətənində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir.

O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib.Onu sabiq prezident Mixail Saakaşvili təyin edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti