Poroşenko dövlətə xəyanətdə ittiham olunur

   Poroşenko dövlətə xəyanətdə ittiham olunur
  20 Dekabr 2021    Oxunub:938
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunub.
AzVision.az xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov bildirib. Onun sözlərinə görə, P. Poroşenko planlaşdırılan beynəlxalq görüşlərdən və qısamüddətli məzuniyyətdən sonra Ukraynaya qayıdacaq.

Eks-prezidentin vəkili İlya Novikov bildirib ki, Poroşenko dekabrın 23-də dindirilməyə çağırılıb. O “Müxalifət Platforması – Ömürlük” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukla birlikdə Donbassın Kiyevin nəzarətində olmayan ərazilərindən qeyri-qanuni kömür tədarükünü təşkil etməkdə şübhəli bilinir.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti