Parisdə kişi mağazaya gələnləri girov götürüb

Parisdə kişi mağazaya gələnləri girov götürüb
  20 Dekabr 2021    Oxunub:1101
Fransanın paytaxtı Paris şəhərində silahlı şəxs iki qadını girov götürüb.
AzVision.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb. Hadisə Parisin 12-ci rayonundakı mağazada baş verib. Mağazanın ətrafında geniş təhlükəsizlik tədbirləri həyata keçirilib, hadisə yerinə polisin xüsusi əməliyyat-axtarış və çevik reaksiya briqadasının dəstəsi cəlb edilib.

Telekanalın məlumatına görə, 50-yə yaxın yaşı olan kişi soyuq silahla qadınları girov götürərək ədliyyə naziri Erik Dupon-Moretti ilə görüş tələb edir. Artıq cinayətkarın şəxsiyyəti müəyyən edilib, o, psixi pozğunluqdan əziyyət çəkir.

AzVision.az


Teqlər: Paris   Girov  



Xəbər lenti