Pakistanda seçkidə qalib olan namizəd təsadüfən öldürüldü

 Pakistanda seçkidə qalib olan namizəd təsadüfən öldürüldü
  20 Dekabr 2021    Oxunub:2610
Pakistanda gənc siyasətçi Surizai rayonunda kənd şurasına seçkilərdə qalib gəldikdən qısa müddət sonra vəfat edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Zəkriya Xan Sandey adlı şəxs yerli kənd şurasının rəhbəri vəzifəsinə seçkilərdə qalib gəlib. Qeyd olunub ki, onunla bərabər eyni rayondan olan daha bir neçə siyasətçi seçkilərdə qələbə qazanıb.

Siyasətçilər qələbəni birlikdə havaya silahdan atəş açaraq qeyd etmək qərarına gəliblər. Nəticədə güllələrdən biri Xan Sandeyə dəyib və o aldığı xəsarətdən yerindəcə keçinib.


AzVision.az


Teqlər: Pakistan  



Xəbər lenti