Astana formatında Suriya üzrə növbəti görüş başlayıb

Astana formatında Suriya üzrə növbəti görüş başlayıb
  21 Dekabr 2021    Oxunub:1118
Qazaxıstanın paytaxtı Nur-Sultanda Astana formatında Suriya üzrə növbəti beynəlxalq görüş başlayıb.
AzVision.az “TASS” a istindən xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyətinə prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Suriya hökumət nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Ayman Susan rəhbərlik edir.

"Biz Suriya nümayəndə heyətini salamlamağa şadıq. Həmişə olduğu kimi, burada, Qazaxıstanın paytaxtında məsləhətləşmələrə suriyalı dostlarımızla görüş keçirməklə başlayırıq. Müzakirə edəcəyimiz çox məsələ var. İlk növbədə, bu, Suriyada yaranan vəziyyət və sabitlik üçün birgə həyata keçirə biləcəyimiz tədbirlərdir", - Lavrentyev deyib.

Qeyd edək ki, dekabrın 22-dək davam edəcək məsləhətləşmələr zamanı iştirakçıların Suriya Konstitusiya Komitəsinin Cenevrədəki işinin perspektivlərini, Suriyadakı mövcud vəziyyəti, Astana prosesi çərçivəsində əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq deeskalasiya zonalarında sabitliyin qorunması vəzifələrini müzakirə edəcəkləri gözlənilir.İclas zamanı qarant ölkələrin, eləcə də BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə məcburi saxlanılan şəxslərlə bağlı işçi qrupunun iclasının keçirilməsi planlaşdırılır.

Pərvanə Sultanova
AzVision.az






Teqlər: Astana-formatı  



Xəbər lenti