Putin NATO və Avropaya xəbərdarlıq etdi

 Putin NATO və Avropaya  xəbərdarlıq etdi
  21 Dekabr 2021    Oxunub:1455
“Əgər NATO infrastrukturu daha da irəliləsə və Ukraynada peyda olsa, raketlərin Rusiyaya çatma müddəti 7-10 dəqiqəyə, hipersəs isə 5 dəqiqəyə qədər azalacaq”.

AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu infrastruktur daha da irəliləsə, ABŞ və NATO-nun raket sistemləri Ukraynada peyda olarsa, o zaman onların Moskvaya uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahları yerləşdirilsə isə 5 dəqiqəyə qədər azalacaq”, - Putin Rusiya Müdafiə Nazirliyinin geniş tərkibdə iclasında söyləyib. Onun sözlərinə görə, bu, Rusiya üçün böyük çağırışdır.

Rusiya lideri bildirib ki, Avropa dövlətlərinin aşkar aqressiv xətti davam edərsə, Rəsmi Moskva adekvat hərbi-texniki tədbirlər görəcək və qeyri-dost addımlara sərt reaksiya verəcək: "Mən vurğulamaq istəyirəm ki, bizim buna haqqımız var. NATO Rusiyanın sərhədlərinə yaxınlaşacağı təqdirdə, biz hərbi-texniki tədbirlər görməyə hazırıq".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vladimir-Putin  



Xəbər lenti