Putin Makron Qarabağda vəziyyətin sabitləşməsindən məmnundurlar

      Putin    və    Makron    Qarabağda vəziyyətin sabitləşməsindən məmnundurlar
  21 Dekabr 2021    Oxunub:1564
Rusiya prezidenti Vladimir Putinlə Fransa prezident Emmanuel Makron arasında telefon danışığı olub. AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlər Avropada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, regional məsələləri müzakirə ediblər. Liderlər həmçinin Azərbaycanın Qarabağ bölgəsindəki durumu da müzakirəyə çıxarıblar. Onlar bölgədə vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

- Fikir mübadiləsi zamanı vəziyyətin sabitləşməsindən, regionda dinc həyatın bərqərar olması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində görülən səylərdən məmnunluq ifadə olunub,-məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Makron   Qarabağ  



Xəbər lenti