Dəmirçiyanın həyat yoldaşı ölüb
Qeyd edək ki, Rimma Dəmirçiyan uzun illər Politexnik Universitetində dərs deyib. Son illərdə o, Karen Dəmirçiyan xeyriyyə fondunun direktoru olub.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinə edilən silahlı hücum zamanı baş nazir Vazgen Sarqsyanla yanaşı, parlamentin sədri Karen Dəmirçiyan onun müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, eləcə də, bir neçə deputat öldürülüb, qalanları isə girov götürülüb. Həmin silahlı qruplaşmanın rəhbəri Nairi Unanyan o zamankı prezident Robert Koçaryanla görüş tələb edib və yalnız Koçaryanla mövzusu heç kəsə bəlli olmayan danışıqlardan sonra terrorçular təslim olublar.
Tural Tağıyev
AzVision.az
Teqlər: