İranda partlayış binanın çökməsinə səbəb olub

İranda partlayış binanın çökməsinə səbəb olub
  21 Dekabr 2021    Oxunub:1205
İranda bina çöküb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Təbriz şəhərində beşmərtəbəli binada baş verən partlayış ciddi dağıntılara səbəb olub.

Təbriz Yanğından Mühafizə İdarəsinin rəsmisi Əkbər Dəşti faciəyə qaz partlayışının səbəb olduğunu desə də, binanın çökmə səbəbi araşdırmalar başa çatdıqdan sonra rəsmi açıqlanacağını bildirib.
Hələlik ondan çox şəxsin xəsarət aldığı açıqlanıb.

Tural Tağıyev

AzVision.az



Teqlər: İran   Bina  



Xəbər lenti