Fransada virusa yoluxanların 20 faizində "omikron" aşkarlanıb

   Fransada virusa yoluxanların    20 faizində   "omikron" aşkarlanıb
  21 Dekabr 2021    Oxunub:1221
Fransa hökumətinin sözçüsü Qabriel Attal ölkədəki koronavirus xəstələrinin 20 faizinə "omikron" ştammı diaqnozu qoyulduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Attal qeyd edib ki, bazar ertəsi Fransada təxminən 73 min yeni yoluxma hadisəsi aşkarlanıb. Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, bu rəqəm ötən bazar ertəsi, dekabrın 13-ü ilə müqayisədə 15% çoxdur.

- Bir neçə həftəlik səngimədən sonra ölkəmizdə epidemiya yeni güclə bərpa olunur. Bu, xüsusilə, omikron ştammının yayılması ilə bağlıdır. Mövcud proqnozlara görə, ölkə səviyyəsində müsbət testlərin 20%-də "omikron" ştammı aşkar edilir -, Attal jurnalistlərə açıqlamasında deyib.

Fransa Nazirlər Kabinetinin nümayəndəsi vurğulayıb ki, bu ştam 20-40 yaşlı gənclər arasında sürətlə yayılır. Attal gəncləri görüşlərin sayını azaltmağa və ən kiçik bir şübhə ilə koronavirus testindən keçməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Omikron   Ştamm  



Xəbər lenti