Ərdoğan Şolzla Türkiyə-Almaniya münasibətlərini müzakirə edib

  Ərdoğan Şolzla Türkiyə-Almaniya münasibətlərini müzakirə edib
  21 Dekabr 2021    Oxunub:953
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniyanın yeni kansleri Olaf Şolz arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, liderlər Türkiyə-Almaniya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər müzakirə ediblər.

Ərdoğan Almaniya kansleri Şolzu andiçmə mərasimi münasibətilə təbrik edib.

Yeni dövrdə iki ölkə arasında sağlam düşüncə və strateji baxışın hökmranlıq edəcəyinə inandığını ifadə edən Ərdoğan, yaxın koordinasiya və müntəzəm təmasların faydalı olacağını vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti