Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı protokolu təsdiqləyib

Ərdoğan Türk Dövlətləri Təşkilatı ilə bağlı protokolu təsdiqləyib
  22 Dekabr 2021    Oxunub:983
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası arasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinə bina təsis edilməsinə dair Protokolu” təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Ərdoğan müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Türkiyənin İstanbul şəhərinin Fateh rayonunda yerləşən binanın aylıq icarəsi 76 500 lirədir.

Xatırladaq ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.

Həmin vaxt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.

AzVision.az



Teqlər: Rəcəb-Tayyib-Ərdoğan  



Xəbər lenti