Helikopteri qəzaya uğrayan nazir 12 saat üzərək sahilə çıxıb

Helikopteri qəzaya uğrayan nazir 12 saat üzərək sahilə çıxıb
  22 Dekabr 2021    Oxunub:1521
Madaqaskarın polis naziri Serj Gelle helikopterinin dənizə düşməsindən sonra 12 saat üzərək sahilə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, ölkənin şimal-şərq sahillərində batan gəmi ilə bağlı araşdırma aparmaq üçün havaya qalxan nazirin helikopteri dənizə düşüb.

Gelle və bir polis əməkdaşı qəzadan sonra müxtəlif vaxtlarda sahilə çıxa biliblər.
O, qəza zamanı yaralanmadığını lakin soyuq olduğunu bildirib. Nazir üzmək üçün helikopterin oturacağından istifadə edib.

Nazir xilas olması ilə bağlı belə deyib: "Görünür, mənim ölüm vaxtım hələ çatmayıb”.

57 yaşlı Gelle 30 il polis işlədikdən sonra bu ilin avqust ayında nazir təyin edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Madaqaskar  



Xəbər lenti