Lavrov NATO-nun baş katibini istefaya çağırıb

 Lavrov NATO-nun baş katibini istefaya çağırıb
  22 Dekabr 2021    Oxunub:1398
"NATO-nun baş katibi Yens Stoltenberqin istefa verməsinin vaxtı çatıb. Çünki o, öz vəzifələrini yerinə yetirə bilmir".
AzVision.azxəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RT"ə müsahibəsində deyib.

“Avropa, Avro-Atlantik təhlükəsizliyinin əsasını siyasi öhdəliklər kimi ən yüksək səviyyədə razılaşdırılıb imzalanan bir sıra prinsiplər təşkil edir. Avro-Atlantik məkanın heç bir dövləti, ATƏT-in heç bir iştirakçısı başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcək. Əgər Stoltenberq NATO üzvlərinin ən yüksək səviyyədə qəbul edilmiş sənədlərdə əksini tapmış bu prinsipi saymamaq hüququna malik olduğuna inanırsa, yəqin ki, onun başqa işə getməsinin vaxtı çatıb, çünki o, vəzifəsinin öhdəsindən gələ bilmir", - Lavrov əlavə edib.

O deyib ki, Stoltenberq yüksək səslə və olduqca təkəbbürlə bəyan edir ki, heç kimin Vaşinqton müqaviləsinin prinsipini pozmağa haqqı yoxdur, ona görə NATO-ya üzv olmaq istəyən hər bir potensial aspirant üçün qapılar açıqdır.

Lavrov Stoltenberqin Norveç Mərkəzi Bankında işə keçmək üzrə olduğu ilə bağlı şayiələrin yayıldığını da bildirib.

Qeyd edək ki, Stoltenberq Brüsseldə Rumıniyanın baş naziri Nikolay Çuke ilə birgə mətbuat konfransında Ukraynanın NATO-ya daxil olmaq qərarının Rusiya ilə kompromis və danışıqlar mövzusu olmadığını bəyan edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO   Sergey-Lavrov  



Xəbər lenti